“La Repubblica” qəzetinə geniş müsahibəbackend

Cari ilin 7 oktyabr tarixində Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə geniş müsahibə vermişdir. Prezident bildirmişdir ki, bəzi xırda hadisələr istisna olmaqla ümumulikdə Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyəti qənaətbəxşdir. Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilərin Qarabağa səfər etməsi yolverilməzdir.

Işğalda azad edilmiş əerazilərin bərpası ilə xüsusi investisiya proqramı qəbul olunmuşdur ki, onun da dəyəri 1,3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min km2 –ə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanır. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Nəzərdə tutulub ki, keçmiş məcburi köçkünlər ən qısa zamnda doğma evlərinə qayıtda bilsinlər.

Bərpa işlərinə cəlb edilən ölkələrdən biri də İtaliyadır. Bu, təsadüfi deyil. Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. İtalyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışa layiqdir.

Ölkəmizin əsas diqqəti  Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəldib. Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcəkdir.

Qaldı ki, taliban hökümətinin tanınması məsəsləsinə, biz gözləyirik ki, əvvəlcə onu qonşu olan ölklər tanısın. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmədiyinə görə, heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmayıb. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar.

Dövlətimizin xarici siyasətinin başlıca prinsipi müstəqillik olduğuna görə  xarici siyasətimiz tamamilə xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Kimsə bizə qərar qəbul edilməsi məsələsində hakim statusda ola bilməz, çünki bütün qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir.

Biz sərhədlərimizə hörmətlə yanaşılmasını istəyirik. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla olan sərhədimizə çıxdıq. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Təəsüf ki, biz dost mesajımıza adekvat cavab verilmədi. Bundan sonra ölkəmiz diplomatik nota hazırladı, səfir dəvət olundu və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandırılmasını istəyirik. Lakin

İrandan Qarabağa gedən yük maşınlarının sayı daha da artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz.

Biz İran hökumətini ittiham etmək mövqeyində deyilik və İran dövlətinə dostcasına müraciət etdik: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Lakin cavab olmadı. Qaldı ki, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamlar, bunlar tamamilə əsasızdır biz onları tamamilə rədd edirik.

Bizim ölkənin Avropa İttifaqı ilə olan əməkdaşlığımız ənənəvi enerji sahəsidir. Bu gün Avropa İttifaqı ölkəmizin nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə də fəal əməkdaşlıq edirik. Tədricən Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Avropa İttifaqı da bu prosesin bir hissəsi olmağı planlaşdırır.

Müəyyən qüvvələrin tapşıpığı ilə Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışırlar. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə bir çoxları üçün sürpriz oldu. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyənlərdir Azərbaycan Ermənistanı məğlub etdiyinə görə, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Amma unutmasınlar ki, bu çirkin kompaniya bizi öz yolumuzdan döndərə bilməyəcək.

İlham Əliyev prezident seçildikdən sonra biznesdə öz birbaşa iştirakını dayandırmış və biznesini öz ailəsinə ötürmüşdür. Ailəyə məxsus olan bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Fond Qarabağda aparılan bir çox işlərdə iştirak edir. Məsələn, Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Beş mindən çox qaçqın ailəsi üçün evlər tikilib. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq və iradələrinə tabe etsinlər.

Prezident İlham Əliyev demişdir: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm.” Xalqımız Müzəffər Ali Baş Komandanın yanındadır və bütün qərarlarını tam dəstəkləyir.

 

Nahid Əsədzadə — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci