Laçın istiqamətində mövqelərimiz atəşə tutuldubackend

Laçın istiqamətində mövqelərimiz iyunun 24-ü gecə saatlarında atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.