Laçında iki nəfərin cüyür ovlayıb, kef məclisi təşkil etməsi ilə bağlı DİN-dən AÇIQLAMAbackend

Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialarla bağlı DİN açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bəzi sosial şəbəkə hesablarında və saytlarda qırmızı kitaba düşən cüyürün ovlanması ilə bağlı videosüjet paylaşılıb:

“Videosüjetdə əks olunanlarla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.