Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ sentyabrın sonunadək e-Largus elektromobilinin istehsalına başlayacaq.
Bu barədə “İzvestiya” telekanalı məlumat yayıb. Satışların rəsmi başlama tarixi və avtomobilin qiyməti hələ açıqlanmayıb.
2023-cü ilin yazında AvtoVAZ e-Largus-un istehsaldan əvvəlki versiyasını nümayiş etdirdi. Avtomobil litium-ion akkumulyatorlar və 150 at gücünə malik elektrik mühərriki ilə təchiz olunub, o, bir dəfə doldurmaqla 400 km məsafə qət edə bilir. 100 km/saat sürətlənmə 10 saniyədən az vaxt aparır, maksimal sürət isə 145 km/saatdır.
Avtomobil rus iqliminə tam uyğunlaşdırılıb. Həmçinin, E-Largus 50% yerli komponentlərdən ibarət olacaq.