Yaxın vaxtlarda “Lada” avtomobillərinin qiymətinin artırılması nəzərdə tutulmur. TASS xəbər verir ki, bu barədə şirkətin prezidenti Maksim Sokolov bildirib. Bununla belə, top-menecerin sözlərinə görə, ölkədəki inflyasiya prosesləri səbəbindən korrektələr mümkündür.
“Hazırda hər hansı makroiqtisadi, gözlənilməz qara qu quşları olmadıqda, biz avtomobillərin qiymətlərini inflyasiyadan çox artırmağı planlaşdırmırıq. Yəni əslində bu, mövcud qiymətlərin saxlanmasıdır”, – deyə Sokolov bildirib.
Bundan əvvəl məlum olub ki, AvtoVAZ-ın direktorlar şurası şirkətin 2030-cu ilə qədər inkişaf strategiyasını təsdiqləyib. Bunun bir hissəsi olaraq şirkət 12 yeni avtomobil modelini buraxacaq.
Mənbə: TASS

