“Lake Hotel”in dörd işçisi vəfat edibbackend

Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində faciəli hadisə baş verib.

İctimai.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın dörd əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:

“Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.