Lalə Azərtaşın komandasına balta ilə hücum etdilər

“Aparıcı Lalə Azərtaşın çəkiliş qrupunun Kürdəmirdə hücuma məruz qalması ilə bağlı araşdırmalar aparılır”.

Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a açıqlamasında verib.

“Kürdəmir Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə açıqlamada bildirilir.

Oxşar xəbərlər