Latviya dövlət qulluqçularının Rusiya və Belarusa səfərlərini məhdudlaşdırıbbackend

Latviyanın Nazirlər Kabineti dövlət qulluqçularının Rusiya Federasiyası və Belarusiyaya səfərini məhdudlaşdıran qanun qəbul edib. Bu barədə “İnterfaks” agentliyin saytına istinadən xəbər verir.

“Latviya dövləti və onun vətəndaşları üçün təhlükə riskini artıran geosiyasi vəziyyəti nəzərə alaraq qanunverici müəyyən qrup insanların Rusiya Federasiyası və Belarus Respublikasına səfərini məhdudlaşdırmaq qərarına gəlib”, – sənədin şərhində deyilir.

Qeyd olunur ki, istisna hal olaraq, bu ölkələrdə rəsmi vəzifələri yerinə yetirmək zərurəti yaranarsa, habelə “humanitar səbəblərə görə” səyahətə icazə veriləcək. Sənədə əsasən, belə icazənin alınması üçün müvafiq inzibati aktın olması tələb olunacaq.

Məhdudiyyətlərin hərbi qulluqçulara, hakimlərə, nazirlərə, yerli deputatlara, diplomatlara və “kritik infrastrukturun təhlükəsizliyinə cavabdeh olan şəxslərə” də təsir edəcəyi bildirilir.

Qanun layihəsi 2025-ci il iyulun 11-dən qüvvəyə minəcək.