Latviya prezidenti Rinkeviçs Kiyevdə sığınacağa düşməli olub

Latviya prezidenti Edqars Rinkeviçs Kiyevə səfəri zamanı noyabrın 25-nə keçən gecə atışmalara görə sığınacaq yerinə düşüb.

O, bu barədə İnstaqram səhifəsində  sığınacaqdan foto dərc edərək bildirib.

Siyasətçi postun altında yazıb: “25 noyabr, səhər saat 05:10, Kiyev”.

Rinkeviçs bir gün əvvəl elan olunmamış səfərlə Ukrayna paytaxtına gəlib. Latviya lideri ilə birgə mətbuat konfransı zamanı Zelenski bildirib ki, onun ölkəsi müttəfiqlərinin köməyini saxlamaq və Kiyev üçün vacib olan problemləri həll etmək üçün Qərbdə üç “qələbə” qazanmalıdır.

Latviya Prezidenti X-də öz hesabında məlumat verib ki, səfəri zamanı Çerniqov vilayətində Latviya vəsaiti ilə yenidən tikilən bir neçə obyektə baş çəkib.

Mənbə: A Haber

Related Post