Latviya Rusiya sərhədi yaxınlığında uçuş qadağasını uzadıbbackend

Latviya Rusiya və Belarusla sərhədləri yaxınlığında hava məkanının qismən bağlanmasını axşam və gecə saatlarında daha bir həftə uzadıb.

Agentliyin mənbəsinin sözlərinə görə, Rusiya və Belarusla həmsərhəd hava məkanında axşam və gecə saatlarında 6 km-ə qədər hündürlükdə uçuş qadağası noyabrın 2-dək uzadılıb. Bu qadağa ilkin olaraq oktyabrın 8-dək qüvvədə olub, daha sonra isə daha iki dəfə uzadılıb.

Mənbə qeyd edib ki, analoji tədbirlər Litva və Estoniya ilə sərhədlərdə də qüvvədədir. Məhdudiyyətlər yalnız Müdafiə Nazirliyinin icazə verdiyi uçuşlara şamil edilir. Uçuş qadağası UTC vaxtı ilə saat 18:00-dan 5:00-a qədər  qüvvədədir.