Latviya Rusiya və Belarusla sərhəd keçid məntəqələrində rüsum tətbiq edibbackend

Oktyabrın 15-də Latviyada ölkənin Rusiya və Belarusla xarici sərhədlərini keçmək üçün ödənişli elektron növbə sistemi tətbiq edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Latviya saytında məlumat verilib.

Ödənişli elektron növbə sisteminin tətbiqi sərhəd-keçiddə təhlükəsizliyin yaxşılaşdırılması və nəqliyyat sıxlığının qarşısının alınması məqsədi daşıyır. Yeni sistem Qrebneva, Terehova və Paternieki sərhəd-keçid məntəqələrində tətbiq olunacaq.

Müəyyən edilmiş qaydalara əsasən, sürücülər sərhəd-keçid məntəqəsi, tarixi, vaxtı, növbə növünü dəqiqləşdirməklə sərhədə gəlməzdən əvvəl onlayn bronlaşdırma sistemində əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bir avtomobil üçün rezervasiya haqqı 9,30 avrodur.

Elektron növbə sisteminə qeydiyyat oktyabrın 1-də açılıb. Oktyabrın 15-dən etibarən Latviyada ilk gələnə birinci xidmət göstərən sərhəd keçid məntəqələri mövcud olmayacaq.