Latviyanın Rusiya və Belarusla sərhədi yaxınlığındakı hava məkanı qaranlıqda oktyabrın 8-dək bağlanacaq, Latviya Müdafiə Nazirliyi bildirib.
“Latviyanın Belarus və Rusiya ilə şərq sərhədi yaxınlığındakı hava məkanında məhdudiyyətlərin davam etdirilməsi, cümə axşamı, sentyabrın 18-dən oktyabrın 8-dək, hava qaranlıqda axşam saat 20:00-dan səhər 7:00-a qədər bağlı olacaq”, – məlumatda deyilir.
Sentyabrın 11-də Latviyanın müdafiə naziri Andris Spruds Belarus və Rusiya ilə şərq sərhədi yaxınlığında ölkənin hava məkanının bağlanacağını açıqlayıb. Həmin gün Polşa Hava Nəqliyyatı Agentliyi Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub.