Latviya rusiyalı müğəninin girişinə qadağa qoyubbackend

Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rusiyalı müğənni Kristina Orbakaite, eləcə də serb musiqiçisi və bəstəkarı Qoran Breqoviçin respublikaya girişinə qadağa qoyub.

Bu barədə Latviya dövlət televiziya və radiosunun LSM portalı məlumat yayıb.

Xüsusi xidmət bu ifaçıların çıxışlarının “Latviyanın milli təhlükəsizliyinin maraqlarına uyğun olmadığını” iddia edir.

LSM qeyd edir ki, sənətçilərin yayda bu ölkədə konsertləri planlaşdırılıb.