Latviya Ukraynaya yeni zirehli transportyorlar göndəribbackend

Latviya Ukraynaya 21 ədəd Patria 6×6 zirehli transportyoru göndərib.

Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, döyüş maşınlarının təhvil verilməsi noyabrın 6-da Riqadakı Adazi hərbi bazasında baş tutub.

Rəsmi bildirib ki, zirehli transportyorlar Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulub və Kiyev bu il ümumilikdə 42 zirehli texnika alıb.