Latviya Ukraynaya yeni zirehli transportyorlar göndərib

Latviya Ukraynaya 21 ədəd Patria 6×6 zirehli transportyoru göndərib.

Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, döyüş maşınlarının təhvil verilməsi noyabrın 6-da Riqadakı Adazi hərbi bazasında baş tutub.

Rəsmi bildirib ki, zirehli transportyorlar Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulub və Kiyev bu il ümumilikdə 42 zirehli texnika alıb.

Oxşar xəbərlər