Latviyada Qələbə gününün qeyd olunması ilə bağlı 67 cinayət işi açılıb.
Bu barədə LETA xəbər agentliyi ölkə polisinə istinadən məlumat yayıb.
Departamentin bəyanatında deyilir ki, mayın 9-dan bəri Latviya polisi 67 cinayət işi açıb və 8 nəfəri saxlayıb. Eyni zamanda, internetdə aşkar edilmiş mümkün pozuntular hələ qiymətləndirilmədiyi üçün açılan inzibati işlərin sayı arta bilər.
Dövlət Polisinin direktor müavini Andris Zellisin sözlərinə görə, işlərin əksəriyyəti Latviyada ictimai yerlərdə qadağan olunmuş simvolların, o cümlədən gül buketlərindəki Müqəddəs Georgi lentlərinin və geyimlərdəki döş nişanlarının istifadəsi və sovet mahnılarının səsləndirilməsi ilə bağlı başlanıb.