Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks TV24 telekanalına müsahibəsində Qərbin Ukrayna ilə bağlı motivlərini açıqlayıb.
“Bütün əsas Qərb ölkələri artıq bu öldürülməmiş ayının dərisini bölüşmək üçün əllərini ovuşdururlar” dedi.
Pabriks vurğulayıb ki, Ukrayna bazarı hazırda son dərəcə gəlirlidir. Bunun fonunda, onun fikrincə, əvvəllər dəstək verməkdən çəkinən bir çox ölkələr faydalanmaq üçün onu verməyə başlaya bilər.
Həmçinin, keçmiş nazirin proqnozlaşdırdığı kimi, Kiyevə kömək etməyənlər də olacaq, amma Ukraynanı dəstəklədiklərini açıq şəkildə əmin edəcəklər.
Mənbə: TASS
İctimai.az

