Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gəlibbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak edəcəyi Türkiyəyə gəlib. Bu barədə TASS məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun tədbir çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparacağını bildirib.

Lavrov martın 1 və 2-də Türkiyədə olacaq. Lavrov və Fidan Ukrayna və Suriya, eləcə də ticarət və enerji məsələlərini müzakirə etməyə hazırlaşır.

Mənbə: TASS