Lavrov çıxışı zamanı boykot edildi – VİDEObackend

Cenevrədə tərksilaha dair beynəlxalq konfransda Rusiyanın xarici işlər naziri Serqey Lavrovun çıxışının yayımı zamanı bir sıra Qərb nümayəndə heyəti boykot əlaməti olaraq zalı tərk edib.

Bu barədə “Frans-Press” agentliyi xəbər verib.

“Diplomatlar Lavrovun öncədən lentə alınmış çıxışının əvvəlində nümayişkaranə şəkildə zalı tərk ediblər”, – deyə məlumatda bildirilir.

Agentlik əlavə edib ki, rusiyalı naziri dinləmək üçün konfrans zalında qalanlar arasında Yəmən, Əlcəzair, Venesuela, Suriya və Tunisdən olan nümayəndə heyətləri olub.