Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin Hindistana səfərə hazırlaşdığını bildirib.
Bu barədə RİA Novosti yazır.
O, Putinin Hindistan hökuməti başçısının dəvətini qəbul etdiyini xatırladıb.
Yanvarın sonunda Putin Rusiya ilə Hindistan arasındakı münasibətləri xüsusilə imtiyazlı strateji tərəfdaşlıq adlandırıb. O, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin “dost xalqlarımızın əsas maraqlarına cavab verdiyini” bildirib.