Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırdığını açıqlayıb, lakin bunu etməyib.
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
“Cənab Makron vaxtaşırı o qədər qürurla bəyan edir ki, Putinə zəng edib onunla danışacaq. Onun belə imkanları var, necə deyərlər, heç kim ona mane olmur”, – nazir Zimbabvedən olan həmkarı Amon Murvira ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Lavrov həmçinin bildirib ki, Moskva Makronun nüvə ritorikasını Rusiya üçün təhlükə hesab edir.