Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü hüququ ilə bağlı dediyi sözlərlə razılaşmayıb. O, bu barədə “Kommersant” qəzetinə müsahibəsində danışıb.
O, Qazaxıstan liderinin fikrini belə qiymətləndirib ki, əgər biz yalnız xalqların öz müqəddəratını təyin etmək hüququ ideyasını rəhbər tutsaq, dünyada çoxlu regional münaqişələr baş verəcək. Lavrov qeyd edib ki, Tokayev yalnız dövlətlərin ərazi bütövlüyü hüququnu nəzərə alır.
“Mən onunla razı deyiləm. Biz sonradan qazaxlı dostlarımıza öz mövqeyimizi izah etdik. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Mən ona təkrar etdim ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, o zaman onlar Təşkilatın Nizamnaməsinə bütövlükdə hörmət etməlidirlər”, – Lavrov deyib.