Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb və Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Danışıqlar zamanı Ukraynada müharibənin dayandırılması ilə bağlı son hadisələr müzakirə edilib”, – məlumatda deyilir.
Mayın 28-də Lavrov Rusiya və Ukrayna arasında danışıqların ikinci mərhələsinin iyunun 2-də İstanbulda keçirilə biləcəyini bildirib.