Lavrov Türkiyədə seçkilərin kənar müdaxilə olmadan keçiriləcəyinə əminliyini ifadə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə keçiriləcək seçkilərin ədalətli olacağına və digər ölkələrin müdaxiləsi olmadan keçiriləcəyinə əminliyini ifadə edib.

O, bunu Moskvada Suriya üzrə nazirlərin dördtərəfli görüşündə deyib.

Diplomat fürsətdən istifadə edərək türkiyəli həmkarlarına ümumi seçkilərin uğurlu keçməsini arzulayıb. Nazir qeyd edib ki, Türkiyədən kənarda seçkilər artıq başlayıb.

“Əminəm ki, onlar dürüst, şəffaf olacaq və heç bir kənar müdaxilə olmadan türk xalqının iradəsini təmin edəcəklər”, – Lavrov deyib.

Oxşar xəbərlər