ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin iyulundan bəri ilk dəfə Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Şurasının iclasında görüşüblər.
Görüşün əvvəlindən olan görüntüləri AFP agentliyi yayıb.
G20 toplantısı Türkiyə və Suriyada baş verən zəlzələlərdə həlak olanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Blinkenin özü bir gün əvvəl Lavrov və çinli həmkarı Qin Gang ilə G20 xarici işlər nazirlərinin iclası çərçivəsində görüşməyi planlaşdırmadığını bildirib.
Mənbə: Gazeta.ru
İctimai.az

