Rusiya və Çin Xarici İşlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Vanq Yi Ukraynadakı böhranın Rusiya Federasiyasının maraqlarını nəzərə almadan həll etmək cəhdlərinin əbəs olduğunu bəyan ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Çin danışıqlarının yekunlarına dair bəyanatında deyilir.
Lavrov və Vanq Yi Ukraynadakı hazırkı vəziyyəti ətraflı müzakirə ediblər. Nazirlər Ukrayna böhranının maraqlar nəzərə alınmadan və xüsusən də Rusiyanın iştirakı olmadan həlli cəhdlərinin nəticəsiz olduğunu qeyd ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri çinli həmkarına KXDR lideri Kim Çen Inın Rusiya Federasiyasına rəsmi səfərinin əsas nəticələri barədə məlumat verib.
Mənbə: TASS

