Lavrov Zurabişvilinin verdiyi vədi yerinə yetirmədiyini deyibbackend

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra da ölkə rəhbəri kimi qalmaq vədini yerinə yetirə bilməyib.

Lenta.ru xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra da Gürcüstan prezidenti postunda qalacağına söz verib, sonra sakitcə gedib və Amerikanın beyin mərkəzinə işə düzəlib”, – Rusiya XİN rəhbəri bildirib.

Gürcüstanın keçmiş prezidenti Amerika Makkeyn İnstitutunda Kissincer təqaüdçüsü oldu. İnstitutun icraçı direktoru Evelina Farkasın sözlərinə görə, Zurabişvili Kissincer Təqaüdünün siyasi cəsarətini və dövlət idarəçiliyi ideallarını təcəssüm etdirir.

O, əlavə edib ki, siyasətçi öz gücünü nümayiş etdirib və “qəddar repressiya və avtokratik hakimiyyət qarşısında” Gürcüstanın Avropadakı demokratik yerini qətiyyətlə müdafiə edib.