Lavrovun Dominikan Respublikasına səfərinin tarixi açıqlanıbbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 30-da Dominikan Respublikasına səfər edəcək.

Bu barədə Rusiya XİN-in saytında məlumat yayılıb.

“Səfər Rusiyanın Dominikan Respublikasında səfirliyinin açılışına təsadüf edir. S. V. Lavrov və Dominikan Respublikasının Prezidenti L. Abinader və ölkənin Xarici İşlər Naziri R. Alvarez arasında görüşlər planlaşdırılır”, – məlumatda deyilir.

Bildirilir ki, görüşlər zamanı tərəflər dövlətlər arasında ikitərəfli münasibətləri və onların inkişaf perspektivlərini, regional və qlobal gündəmdəki məsələləri müzakirə edəcəklər.