Fransa parlamentindəki “Milli Mitinq” fraksiyasının lideri Marin Le Pen Aİ və ABŞ arasında ticarət sazişinin uğursuz olduğunu bəyan edib.
Bu barədə o, X sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Avropa Komissiyasının sədri Ursula fon der Leyenin ABŞ prezidenti Donald Trampla bağladığı razılaşma siyasi, iqtisadi və mənəvi fiaskodur”, – Le Pen yazıb.
Onun sözlərinə görə, Aİ ölkələri Böyük Britaniyadan daha pis şərtlərlə üzləşib.
Siyasətçi vurğulayıb ki, sazişdə asimmetrik müddəalar var.