Ledi Qaqa səhhətindəki problemlərə görə konsertini təxirə salıbbackend

Müğənni Ledi Qaqa İnstaqramda Kanada konsertini ləğv etdiyini açıqladı.

Çıxış aprelin 7-də Monrealdakı Bell Mərkəzində keçirilməli idi. Ledi Qaqa xəstəlik səbəbindən şounu ləğv etmək məcburiyyətində qaldı. Ona tənəffüs yolu infeksiyası diaqnozu qoyuldu. Həkim sənətçiyə vəziyyətini pisləşdirməmək üçün yaxın gələcəkdə çıxış etməməyi tövsiyə etdi.

Qaqa əlavə etdi ki, hazırkı vəziyyətində pərəstişkarlarının layiq olduğu yüksək keyfiyyətli konsert təqdim edə bilməyəcək.

“Bunun nə qədər məyusedici olduğunu bilirəm. Sizi məyus etdiyim üçün özümü çox pis hiss edirəm. Bu axşam üçün hər şeyi planlaşdıran və məni dəstəkləyən hər kəsdən çox üzr istəyirəm”, – deyə müğənni paylaşım edib.