“Şimal-Qərb Nəqliyyat İttifaqı” qeyri-kommersiya tərəfdaşlığının prezidenti və Leninqrad Şəhər İcraiyyə Komitəsinin keçmiş sədri Vladimir Xodırev 95 yaşında vəfat edib. Bu barədə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov şəhər administrasiyasının saytında məlumat yayıb.
“Sankt-Peterburq ağır itki verdi. Vladimir Yakovleviç Xodırev vəfat edib. Ailəsinə, dostlarına, həmkarlarına, əziz olduğu hər kəsə dərin hüznlə başsağlığı verirəm”, – qubernator bildirib.
Beqlov əlavə etdi ki, Xodırev Leninqrad və Sankt-Peterburq arasında, eləcə də 80-ci illərin nailiyyətləri ilə dövrümüzün uğurları arasında əlaqədir.
Mənbə: TASS

