Lənkəran icra başçısından jurnalistə qarşı kobudluq – VİDEObackend

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu əsəbiləşdirən nədir?

Müavini Rəsilə Əliyevanın vəzifəsini itirməsi, yoxsa müavininin yeniyetməni döyüb ara yerdə icra başçısını dilə dişə salması?

Yoxsa başçının Rəsilə Əliyevanı işdən çıxarmaqla Lənkəran Şəhər icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sahəsində böyük itki yaşaması? Axı Rəsilə Əliyeva həm də bu şöbənin müdiri idi.

Başçı və müavininin eyni xarakter və xasiyyətə malik olduğunun da düşünmək olar. Necə deyərlər, illərdir bir yerdə çalışan rəhbər heyətin xarakterləri də deyəsən uyğunlaşıb.

Müavin yeniyetməni amansızca döyür, Taleh Qaraşov da jurnalistlərin üstünə qışqırmaqla başqa bir formada təzyiq nümayiş etdirir. İyerarxiya ilə müavinin başçıya tabeliyini nəzərə alsaq böyükdən ibrət götürdüyünü də düşünmək olar.

Tərbiyə metodunuz faciəvidir cənab Qaraşov. Sizin səsiniz yeniyetməyə qalxan əlin təzyiqini özündə əks etdirir. Bu dəfə media üzərində.