Lənkəranda arvadına sataşan kişini oğurlayıb işgəncə verdibackend

Lənkəranda kişini oğurlayaraq, işgəncə veriblər.

İctimai.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İttiham aktına görə, Lənkəran şəhər sakini 34 yaşlı Fuad Mustafayev (adı və soyadı şərtidir) yaşadıqları evdə arvadının telefonuna – “Niyə mənə cavab verməmisən?”, – mesajının yazıldığını görüb. O, mesaj yazan şəxsin arvadı ilə birgə çay zavodunda işləyən zərərçəkən olduğunu müəyyən edib.

Bu barədə dostu Mahirə (adı şərtidir) də bildirərək, arvadı ilə sevgi münasibətində olduğunu düşündüyü zərərçəkən Qasımı (adı şərtidir) cəzalandırmaq istəyib. Onlar Füzuli küçəsindəki avtomobil sexinin qarşısında Qasımı Mahirin maşınına mindirərək, Fuadın evinə aparıblar. Evin ikinci mərtəbəsində zərərçəkəni 10-15 dəqiqə nalayiq ifadələrlə təhqir ediblər. Sonra təqsirləndirilən şəxslər zərərçəkəni alçaltmaq üçün onu zorlayıblar. Bununla yanaşı Fuad zərərçəkənin onun arvadına sataşmasından, həmçinin – “Sənin arvadına da belə hərəkət etsələr, keçərsən?” – sualına: “Hə keçərəm”, – deməsindən qəzəblənərək, balta ilə Qasımı ölümlə hədələyib.

Onların ifadələri zamanı dediklərinə görə, hadisə anlarını Fuadın oğlu telefon vasitəsilə videoya çəkib. Lakin sonradan video silinib.

Bu əməllərinə görə, Fuad və Mahir saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs istintaq zamanı Qasımdan üzr istədiklərini, himayələrində azyaşlı uşaq olduqlarını və zərərçəkənə dəymiş ziyanı ödədikləri üçün barələrində yüngül cəza verilməsini xahiş ediblər.

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.