Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilibbackend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovun meyitinin qalıqları Lənkəran rayonunun Kərgəlan kənd qəbiristanlığında dəfn edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.