Lənkəranda hosteldə ölü tapılan şəxs turist olubbackend

Lənkəranda hosteldə ölü tapılan şəxsin kimliyi məlum olub.

İctimai.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin şəxs ukraynalı turist Aleksandr Salov imiş.

1964-cü il təvəllüdlü A.Salovun meyiti üzərində zorakılıq əlaməti aşkar edilməyib.

O, Azərbaycana martın 1-də gəlibmiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.