Lənkəranda hündürlükdən yıxılan kişi xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Liman şəhərində baş verib.
Şəhər sakini, 1971-ci il təvəllüdlü Çingiz Əliyev yanvarın 7-də qonşusuna məxsus evin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb.
Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Ç.Əliyev yanvarın 22-də orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.














