Lənkəranda tanınmış həkim vəfat edibbackend

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Hacıməmməd Zamanov vəfat edib.

Oxu.Az-ın məlumatına görə, o ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, H.Zamanov fəaliyyətinə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında başlayıb. O, daha sonra tibbi fəaliyyətini Masallı Rayon Mərkəzi Xəstəxanasında (RMX), Lənkəran Şəhər Diaqnostika Mərkəzində davam etdirib. H.Zamanov son illərdə Lənkəran RMX-nin həkim-terapevti olaraq fəaliyyət göstərib.

Lənkəranda tanınmış həkim vəfat edib