Leonardo Di Kaprio fırıldaqçı Co Lou ilə münasibətləri barədə dindirilib

Aktyor Leonardo Di Kaprio axtarışda olan məhkum Cou Lounun dələduzluğu işi üzrə dindirilib.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Lou Di Kaprioya “The Great Gatsby”nin ilk nəşrini, eləcə də Marlon Brandonun Oskarını verdi. Həmçinin aktyorla iş adamı işgüzar münasibətdə olublar.

Aktyor həqiqətən də fırıldaqçı ilə işlədiyini təsdiqləyib. Di Kaprionun sözlərinə görə, o, biznes tərəfdaşının fırıldaq sxemləri haqqında heç nə bilmirdi.

Co Lou Malayziyanın 1MDB dövlət fondundan oğurlanmış bir neçə milyard dolları mənimsəməkdə ittiham olunur. Təxminən səkkiz ildir gizlənən fırıldaqçının Çində yaşadığı güman edilir.

Mənbə: BBC.com

İctimai.az

Oxşar xəbərlər