Leonardo Di Kaprionun dostu həbs edilibbackend

Aktyor Leonardo Di Kaprionun dostu, sahibkar Riçi Akiva Nyu Yorkda həbs edilib.

Bu barədə Page Six məlumat yayıb.

Məşhur gecə klubunun sahibi şüşələri qaralmış avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

O, polis bölməsinə aparılıb və orada məlum olub ki, Akivu köhnə ödənilməmiş parkinq biletinə görə dondurulmuş vəsiqə ilə idarə edib.

İş adamı sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək və nəqliyyat vasitələrinin idarəetmə qaydalarını pozmaqda ittiham olunub.