Lerikdə avtomobil dağa çırpılıb: Xəsarət alanlar varbackend

Bu gün saat 14:40-da Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından APA-nın cənub bürosuna bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri təcili yardım şöbəsinə yerləşdiriliblər.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.