Lerikdə istirahət mərkəzinin birində körpüdən yıxılan 14 yaşlı yeniyetmənin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 28-də 2010-cu il təvəllüdlü şəxs körpüdən yıxılma səbəbilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
“Ona qapalı kəllə-beyin travması, bədənin ümumi səthi travması diaqnozu qoyulub. Yeniyetməyə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə mayın 29-da ailəsinin istəyi ilə Bakıya aparılıb”.
Qeyd edək ki, Bakıdan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşmişdi. 2010-cu il təvəllüdlü oğlan ehtiyatsızlıqdan körpüdən yıxılaraq xəsarət almışdı.