Leyla Əhmədova yeni vəzifəyə təyin olundubackend

Leyla Əhmədova Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasına vitse-prezidenti təyin olunub.

Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasından “Yeni Gündəm”-ə verilən məlumat görə, Leyla Əhmədova Rostov vilayəti üzrə vitse-prezidenti təyin olunub.
Qeyd edək ki, Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasının Rostov vilayəti üzrə vitse-prezidenti Leyla Əhmədova Rusiyada yaşamağına baxmayaraq, ordumuza və vətandaşlarımıza dəstək olur.
Siyasi fəaliyyətində hərzaman sayılıb seçilən həmyerlimiz,bir çox ölkə vətəndaşlarını bir araya toplayaraq Azərbaycan həqiqətlərini çatdırıb.

“Gündəm Media Group” olaraq Leyla xanımı təyinatı münasibəti ilə təbrik edirik.