1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizəd Leyla Elman qızı Orucova seçicilərinə müraciət edib.
M Ü R A C İ Ə T
Hörmətli Yasamal rayonu sakinləri və mənim dəyərli həmvətənlərim!
Mən, Orucova Leyla Elman qızı 22 illik uğurlu diplomatik fəaliyyətimdən sonra millət vəkili olaraq xalqıma xidmət etmək istəyirəm. Məqsədim məhz sizin istədiyiniz millət vəkili olmaqdır. Bu işin məsuliyyətini anlayaraq və sizlərə güvənərək bu yola çıxmışam.
Yasamal mənim üçün doğma və xüsusiyyətlərinə bələd olduğum rayondur. Həm siyasətçi, həm də Yasamal sakini olaraq buranın bütün çatışan və çatışmayan tərəflərini götür-qoy etmişəm.
Məqsədim və hədəfim Yasamal camaatı ilə birgə inkişafa doğru iti addımlar atmaq, problemləri birlikdə aradan qaldırmaq, sıx əməkdaşlıq şəraitində uğurlu fəaliyyətə imza atmaqdır.