Cənubi Koreyanın LG Electronics şirkəti elastik ekranlı ilk qatlanan noutbuku LG Gram Fold-u təqdim edib. Bu barədə “Notebook Check” portalı məlumat yayıb.
LG Gram Fold 2560×1920 piksel təsvir ölçülü 17 düymlük OLED sensor displeylə təchiz edilib, onu yarıya qatlamaq və sensor panelli 12 düymlük ekran kimi istifadə etmək mümkündür. Noutbukun performansı müasir 13-cü nəsil Intel Core prosessoru, 16 GB LPDDR5 operativ yaddaş və 512 GB SSD sürücüsü ilə təmin edilir.
Noutbuk həmçinin fiziki simsiz klaviatura və stend qutusu ilə təchiz edilmişdir. LG Gram Fold Windows 11 əməliyyat sistemi ilə işləyir və sürətli məlumat ötürülməsi və doldurulması üçün Thunderbolt 4 dəstəyi də daxil olmaqla USB Type-C konnektorları ilə təchiz olunub.
Mənbə: Lenta.ru