Litva Aİ-ni dərhal Rusiyaya qarşı yeni sanksiyalar hazırlamağa çağırıbbackend

Litvanın xarici işlər naziri Kestutis Budris çərşənbə axşamı günü 17-ci paketin qəbul edilməsinə baxmayaraq, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin işlənib hazırlanmasına dərhal başlamaq lazım olduğunu bildirib.

Onun sözlərini Reuters agentliyi yayıb.

Budris təkid edir ki, yeni tədbirlər Moskvaya Ukraynadakı hərəkətləri və digər “beynəlxalq hüququn pozulması” ilə bağlı təzyiqləri artırmalıdır.

Mayın 20-də Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bəyan edib ki, Avropa İttifaqı Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.

Estoniya Xarici İşlər Nazirliyi sanksiya siyahısına 17 fiziki və 58 hüquqi şəxsin daxil olduğunu bildirib.