Litva hakimiyyəti qaçaqmalçıların hava şarlarının ölkənin hava məkanına daxil olmasından sonra Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb.
Reuters bu barədə Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskasa istinadən məlumat yayıb.
Vitkauskasın sözlərinə görə, Vilnüs Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa etdikdən sonra sərhədin bağlanması qərarı ləğv ediləcək.
Oktyabrın 22-də Litvanın paytaxtının hava limanının sərhəddən qaçaqmalçılıq yolu ilə mal keçirmək üçün istifadə edilən hava şarlarına görə fəaliyyətini dayandırdığı bildirilib. Təyyarələrin uçuşları aeronaviqasiya xidmətinin növbəti xəbərdarlığına qədər dayandırılıb.












