Litva ərazisi üzərində, ehtimal ki, Belarusdan uçan hava şarları ilə bağlı məsələ nəhayət həll olunarsa, iki ölkə arasında sərhəd yenidən açıla bilər.
LRT-nin məlumatına görə, bunu Litva parlamentinin spikeri Yuozas Olekas deyib.
“İndi görülən tədbirlər öz təsirini göstərəcək – son günlər hava şarları yox idi. Belarus rejiminin reaksiyasından asılı olmayaraq, biz hələ də həyatın davam etməsini və sərhədlərin bir gün yenidən açılmasını istəyirik”, – o vurğulayıb.














