Litvanın xarici işlər naziri Kestutis Budris ABŞ prezidenti Donald Trampın Belarusa xüsusi elçi vəzifəsinə təyin etdiyi Con Koul ilə görüşüb.
RİA Novosti xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Budris Cole-a Belarusun “meteoroloji balonlardan istifadə edərək hava məkanını pozması” və qeyri-qanuni miqrant axını haqqında danışıb.
“Litva tərəfindən görülən bütün tədbirlərə və beynəlxalq təzyiqlərə baxmayaraq, Belarus rejimi Litvaya qarşı hibrid hücumlarını davam etdirir, beynəlxalq aviasiya təhlükəsizliyini təhdid edir və regionda gərginliyi artırır”, – Litvanın xarici işlər naziri bildirib.














