LRT xəbər verir ki, Litva Parlamenti orduya hava hədəflərini daha tez və asanlıqla vurmaq səlahiyyəti verib.
Nəşr bildirir ki, yeni reqlamentlərin tətbiqi məsələsi təcili prosedur çərçivəsində çərşənbə axşamı, sentyabrın 23-də keçirilən sessiyada müzakirə olunub.
Litvanın müdafiə naziri Dovile Şakaliene qeyd edib ki, əvvəlki qaydalar müasir təhdidlərə uyğun gəlmir, çünki əvvəllər hərbi qulluqçulara pilotsuz təyyarələri yalnız qadağan olunmuş ərazilərdə və onlardan silah kimi istifadə edildiyi halda vurmaq səlahiyyəti verilirdi.
“Hərbi Qüvvələrin İstifadəsi Qaydasına edilən bu dəyişikliklə, uçuşlar qaydaları pozarsa, məhdud ərazilərdə pilotsuz təyyarələrə qarşı hərbi qüvvədən dərhal istifadə edilməsinə imkan verən yeni hüquqi mexanizm yaradırıq” dedi.
Dəyişiklik həmçinin mülki təyyarələrin xüsusi icazə olmadan qadağan olunmuş ərazilərdə uçuşuna icazə verilməyəcəyini də nəzərdə tutur.