Litva miqrasiya böhranına görə Belarusdan təzminat tələb edəcəkbackend

Litva miqrasiya böhranının təşkilinə görə Beynəlxalq Ədalət Məhkəməsində Belarusdan milyonlarla avro təzminat tələb edəcək.

Bu barədə BNS portalı məlumat yayıb.

Bundan əvvəl Litva Belarusa qarşı Beynəlxalq Ədalət Məhkəməsində dəymiş ziyana görə kompensasiya tələbi ilə iddia qaldırmışdı. Vilnüs bəyan edib ki, Minsk miqrant axınını qəsdən təşkil edib və onları Litva sərhədinə qədər müşayiət edib.

“Litva Respublikasının iddiasında deyilir ki, dövlət dəymiş ziyana görə kompensasiya tələb edəcək və zərərin ilkin hesablamaları təkcə daxili işlər sistemində böhranın idarə edilməsi üçün ayrılmış 200 milyon avrodan çox təşkil edir. “Hesablamalara yenidən baxılacaq”, – Litva Ədliyyə Nazirliyi bildirib.